Güneyli gənc qıza təcavüz və müəmmalı qətl… – Məhkəmədən şok qərar

Tehran Cəza Məhkəməsi güney azərbaycanlı Zəhra Nəvidpurun cinayət işi ilə əlaqədar Məlikan bölgəsinin İslami Şura Məclisindəki (İran parlamenti) millət vəkili Salman Xudadadi barədə hökm çıxarıb.

Məhkəmə millət vəkilinə qadına təcavüz ittihamı üzrə bəraət verib, lakin onu qeyri-məşru (şəriətə görə qanunsuz, icazəsiz) cinsi əlaqədə olmaqda günahlandıraraq, 2 il müddətinə vəzifədən uzaqlaşdırmaq, 2 il sürgün və 99 şallaq zərbəsindən ibarət cəza təyin edib.

Məhkəmənin hökmü qəti deyil, bu barədə Apelyasiya Məhkəməsinə etiraz edilə bilər.

Qeyd olunur ki, Z.Nəvidpur həyatda ikən 4 il müddətinə cinsi təcavüzə məruz qaldığına dair məhkəmə orqanlarına, insan hüquqları təşkilatlarına və kütləvi informasiya vasitələrinə bir çox sənədlər təqdim edib. Buna baxmayaraq məhkəmə Salman Xudadadi barədə cinsi təcavüzlə bağlı bəraət hökmü çıxarıb.

İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH-ın üzvü olan millət vəkili və onun əlaltıları cinsi təcavüzə məruz qalan Z.Nəvidpuru dəfələrlə qətlə yetirməklə təhdid edib. Z.Nəvidpur qətlindən əvvəl bu barədə çoxlu sənədlər faş edib.

Qeyd edək ki, 28 yaşlı Z.Nəvidpurun cansız bədəni 2018-ci il yanvarın 6-da anasının evində tapılıb. Onun şübhəli ölümü Güney Azərbaycanda kütləvi etirazlara səbəb olub.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR