Rusiyadan ABŞ şirkətinə boykot: Son 6 ayda... - FOTO

Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra "Boeing 737 Max" tipli təyyarələrin boykotu axınına Rusiya da qoşulub.

Rusiya hava məkanında bu tip təyyarələrin uşuşuna icazə verməyəcək.

"Rosaviatsiya" Aviasiya Agentliyinin bəyanatına görə, qərara səbəb "Boeing 737 Max" tipli təyyarələrin son 6 ayda iki dəhşətli qəzaya səbəb olmasıdır.

Qeyd edək ki, ötən həftə Efiopiyadakı təyyarə qəzası 157, ötən il İndoneziyadakı qəza isə 189 nəfərin ölümünə səbəb olmuşdu. Bundan sonra dünyanın bir çox ölkələri bu təyyarələrin xidmətinə qadağa qoyub.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR