Sərhəddə daş və zopa davası: 1 ölü, 10 yaralı

Tacikistanla Qırğızıstan sərhədində yerləşən Voruh kəndində tacik və qırğız vətəndaşlar arasında baş verən gərginlik nəticəsində bir tacik dünyasını dəyişib.

Tacikistan Sərhəd Qoşunlarından verilən açıqlamada bildirilir ki, bu ölkəyə aid olan Voruh kəndində iki ölkə vətəndaşları arasında qarşıdurma olub.

Gərginlik Voruh kəndi yaxınlığındakı mübahisəli bölgədə qırğız rəsmilərinin hökumətlərarası protokola zidd olaraq, yol inşa etməsinə tacik vətəndaşlarının etirazı zamanı baş verib.

Gərginlik zamanı daş, zopa və ov tüfənglərindən istifadə edilib. Qarşıdurma zamanı 10 tacik yaralanıb, 1-i isə ölüb.

Gərginlikdən sonra Qırğızıstan rəsmiləri Tacikistandan Voruha gedən yolu bağlayıb.

Bölgədə durum hər iki ölkə sərhəd qoşunlarının hissələri tərəfindən nəzarətə alınıb və rəsmilər arasında müzakirələr başlayıb.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR