Çin və Rusiyaya qarşı 750 milyardlıq hərbi proyekt – Pentaqonun nəhəng planı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Donald Tramp administrasiyasına göndərdiyi 750 milyard dollarlıq müdafiə büdcəsi layihəsinin detallarını açıqlayıb.

Layihədə terrorizmlə mübarizənin hədəflərin Çin və Rusiyadan yayındırdığı iddiasına diqqət çəkilib.

Təsadüfi deyil ki, layihənin iki əsas hissəsi qarşıdakı 10 il ərzində ABŞ Silahlı Qüvvələrinin hərbi arsenalı Rusiya və Çinə yönəltmək cəhdlərini əks etdirir. Bu çərçivədə Pilotsuz Uçan Aparatların (PUA) istehsalına qoyulan investisiyanın həcminin artırılması planlaşdırılır.

750 milyard dollarlıq büdcə təklifində qeyd edilib ki, Pentaqonun ehtiyacları üçün 718 milyard dollar, digər sahələrdə müdafiə məqsədləri üçün 32 milyard dollar (xüsusilə nüvə silahları ilə bağlı proqramlar üçün) nəzərdə tutulur.

Büdcə layihəsində ölkənin nüvə arsenalının modernizasiyası, əsasən də Rusiya üçün nəzərdə tutulmuş proqramlara görə 31 milyard dollarlıq maddi vəsaitin xərclənməsi planlaşdırılır. Bu çərçivədə yeni "B-21" bombardmançı qırıcısının istehsalı üçün 3 milyard, yeni "Columbia" tipli nüvə sualtı gəmisinin istehsalı üçün 2.2 milyard dollar maddi vəsait ayrılıb.

Hava hücumundan müdafiə sistemlərini gücləndirmək məqsədilə yeni uzaq mənzilli nüvə raketləri üçün 700 milyon, qitələrarası ballistik raket arsenalının modernizasiyası üçün isə 600 milyon dollar təklif olunur.

Büdcədə 11.2 milyard dollar isə "Lockheed Martin" şirkətinə 78 ədəd "F-35" qırıcısının istehsalına görə sifariş üçün nəzərdə tutulub. Eyni zamanda, köhnə "Boeing F-15" qırıcılarının 1.1 milyard dollar dəyərində yeni 8 versiyası üçün pul tələb edilib.

Layihədə nəzərdə tutulmuş iki böyük proqram Rusiya və Çinlə bağlıdır.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR