Rəqəmsal iqtisadiyyat 200 milyon yeni iş yeri yaradacaq

Çinin rəqəmsal iqtisadiyyatı 2020-ci ilədək 200 milyon yeni iş yeri yaratmaq potensialına malikdir.

Olaylar.az bildirir ki, bu barədə Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının mövzu ilə əlaqədar hesabatında qeyd olunub.

Hesabatda rəqəmsal iqtisadiyyatın inkişafının məşğulluğun təkmilləşdirilməsi ilə yanaşı, yeni iş yerləri imkanı yaratdığı və sənayedə rəqəmsal transformasiyanın yeni iş yerlərinin yaradılmasında vacib rol oynadığı yer alıb.

Beləki, rəqəmsal iqtisadiyyatın genişlənməsi, o cümlədən iqtisadiyyatda yüksək texnologiyaların, süni zəkanın daha geniş tətbiqi yeni iş yerlərinin çoxalmasına səbəb olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR