Təqaüdçüləri təhqir edən deputat istefaya göndərildi

Rusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Nəbiyev az təqaüd alan təqaüdçüləri "tüfeyli" adlandırdığı üçün parlamentin tərkibindən çıxarılıb.

Volqoqrad vilayət Dumasının saytında yerləşdirilmiş məlumatda deyilir: "Bu gün Volqoqrad vilayət Dumasının dövlət quruculuğu, yerli özünüidarəetmə və ərazilərin inkişafı Komitəsi regional parlamentin üzvü Həsən Nəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxıb və müvafiq qərar qəbul edib".

Parlament komitəsi vilayət Dumasına bununla bağlı qanun layihəsi qəbul etməyi tövsiyə edib.

Bundan əvvəl də deputatın mənsub olduğu "Edinaya Rossiya" fraksiyası deputatın partiya sıralarından çıxarılması haqqında qərarı yekdilliklə qəbul edib.(AZƏRTAC)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR