Boeing şirkəti - Bütün "737 Max"ların uçuşu dayandırılsın

ABŞ Aviasiya İdarəsi (FAA) "Boeing 737 Max" təyyarələrinin yerə endirilməsi qərarını dəstəkləyir.

Olaylar.az bildirir ki, Boeing şirkəti sərnişinlərin təhlükəzsizliyi səbəbilə  sözügedən təyyarələrin uçuşlarının müvəqqəti dayandırılacağını bildirib.

Qeyd edək ki, Efiopiya Hava Yollarına aid "B737 Maks 8" tipli sərnişin təyyarəsi martın 10-da Keniyanın paytaxtı Nairobiyə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Qəza zamanı təyyarədəki 157 nəfər həyatını itirib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR