Azərbaycanlı fəallar saxlanıldı – Siyasi məhbusa dəstəyə görə

Güney azərbaycanlı milli-mədəni fəallar Şapur Nüsrətpur və Murtaza Sənayi saxlanılıb.

Fəallar İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən evlərində saxlanılaraq, Ərdəbil İnqilab Məhkəməsinə aparılıb.

Fəallar növbətçi hakimin qərarı ilə ETTELAAT-ın bölgə təcridxanasına köçürülüblər.

Hələlik fəalların saxlanmasının səbəbi və digər təfərrüatlar barədə dəqiq məlumat olmasa da, onların azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz həbsinə qarşı etirazlarla bağlı tutulduqları ehtimal olunur.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR