Dünyada yeni müharibə üsulları yaranır - Şoyqu

Suriyadakı münaqişə göstərdi ki, müasir dünyada müharibə yeni formaya bürünüb, indi bir-birinə qarşı nizami ordular dayanmır.

Bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

Generalın sözlərinə görə, təhdidlərin əhatə dairəsi genişlənib və Rusiya Silahlı Qüvvələri yeni çağırışlara hazırlıqlı olmalıdır.

"Biz Suriyadakı qarşıdurmanın silahlı münaqişənin tamamilə fərqli bir növü olduğunu görürük. Bu növ nizami orduların bir-birinə rəqib olduğu klassik müharibədən prinsipial şəkildə fərqlənir", - nazir bildirib.

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR