Putin və Trampın yeni görüşü olacaq? – Peskovdan AÇIQLAMA

Amerika lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putinin yeni görüşü hazırda planlaşdırılmır.

"RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, hazırda ölkələrin liderlərinin hər hansı əlaqələri müzakirə edilmir.

"Top Vaşinqtonun tərəfindədir", - Peskov yekunlaşdırıb.

Daha əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib ki, Vladimir Putin və Donald Trampın mümkün görüşü ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, prezidentlərin söhbətləri həmişə beynəlxalq vəziyyətə müsbət təsir edir.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR