BMT İŞİD-lə bağlı qorxunc hesabatları açıqladı: 300 milyon...

2014-cü ildən bəri Yaxın Şərqdə terror fəaliyyəti ilə məşğul olan İŞİD-in büdcəsi açıqlanıb. BMT baş katibinin köməkçisi və Terrorla Mübarizə Dairəsinin prezidenti Vladimir Voronkov fərqli qaynaqlardan əldə etdiyi bilgilərə görə, İŞİD-in 50-300 milyon dollar arasında büdcəsi olduğunu deyib.

Təşkilatın mövcud durumu haqqında bilgi verən Voronkov İraqdakı terrorçuların 14-18 min nəfərinin, Suriyadakı terrorçuların isə 3 min nəfərinin xarici vətəndaş olduğunu qeyd edib. Rusiyalı diplomat İŞİD-in təhdidinin Yaxın Şərqlə Afrikanın şimalı, qərbi və şərqindən Avropaya, Mərkəzi, Cənub və Cənub-şərqi Asiyaya qədər uzandığını əlavə edib. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR