İsrail ordusu daha 22 fələstinlini saxlayıb

" İsrail qüvvələri işğal altındakı Qərbi Şəriyədə 22 fələstinlini saxlayıb.

Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq  Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.

Fələstinlilərin sorğulanmaq üzrə bölgədəki nəzarət mərkəzinə sövq edildiyi ifadə edilib.

Qeyd edək ki, Fələstin rəsmi qaynaqlarında yer alan məlumatlara görə, İsrail həbsxanalarında 430 inzibati məhbus, 270-dən çox uşaq olmaqla təxminən 6 min fələstinli məhbus var. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR