Türklər 200 min afrikalını içməli su ilə təmin etdi

" Nigeriyada Biray Qrup tərəfindən inşa edilən su arıtma təsisi sayəsində 200 min Nigeriyalı içməli su ilə təmin olunub.

Olaylar.az bildirir ki, Biray Qrup İdarə heyəti Başçısı Birol Arıkan, arıtma təsisinin açılış mərasimində, "Gündəlik 4 min 500 ton su arıtma tutumuna sahib bu tesisimiz ilə 200 min Nigeriyalı təmiz su ilə təmin olundu. Gurara çayı yanına inşa edilən təmizlənmə təsisində su çaydan çəkilərək təmizlənmə sistemində təmizlənir və depolardan xalqa çatdırılır." deyib.

Su arıtma təsisinin bölgə üçün əhəmiyyətindən danışan Arıkan, bundan əvvələ qədər başqa su qaynaqları olmadığı üçün əhalinin palçıqlı su içdiyini bildirib. 

Qeyd edək ki, mexanizm türk mühəndislər tərəfindən hazırlanıb və 6 su arıtma təsisinin daha tikintisi davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR