Hollandiyada türklər Çinə səsləndi - "uyğurları öldürməyin!"

" Niderlandda Şərq Türkistan Vəqfi tərəfindən Dam Meydanında təşkil edilən Etiraza təxminən 100 adam qatılıb.

Olaylar.az bildirir ki, "Şərq Türkistana azadlıq" şüarı ilə toplanan etirazçılar, meydanda olanlara Uyğur xalqının problemlərini izah edən bəyanat oxuyub.

Nümayişdə edilən çıxışlarda, Çin rəhbərliyinin Şərq Türkistandakı Uyğur türklərinə tətbiq etdiyi təzyiqçi siyasətlər və müsəlmanların bu mövzuya laqeyd qalmaları tənqid olunub.

Şərq Türkistan və türk bayraqları daşıyan əksəriyyətini Uyğur türklərinin yaratdığı qrup, "Şərq Türkistan üçün müstəqillik və azadlıq" pankartı açıb, "uyğurları yox etməyi dayandır", "müstəqil Uyğur", "zülmü dayandırın" və "Çin uyğurları öldürmə" yazılı devizi ilə "uyğurlar üçün azadlıq", "müstəqil Şərqi Türkistan", "terrorist Çin" şüarları səsləndiriblər

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR