Latakiya və Hələb atəşə tutuldu

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar. Bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib.

S.Solomatin deyib: "İdlib deeskalasiya zonasında sutka ərzində silahlılar Latakiya əyalətinin Kinsibba yaşayış məntəqəsini və Hələb əyalətinin Əl-Hədər yaşayış məntəqəsini atəşə tutublar".

General-leytenan əlavə edib ki, Suriyanın Rakka əyalətinin sakinləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ordusunun ölkədən çıxarılması üçün mitinqlər keçirirlər: "Ötən sutka ərzində Rakka əyalətinin Et-Tabka yaşayış məntəqəsində mitinqlər qeydə alınıb".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR