Moskvadan Lukaşenkonun təhdidinə cavab: Şübhə...

Moskvanın Minsklə strateji qarşılıqlı fəaliyyəti genişləndirməsi kursu şübhə altına qoyulmamalıdır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Belarus bizim etibarlı müttəfiqimiz və tərəfdaşımızdır. Minsklə strateji qarşılıqlı fəaliyyətin genişlənməsi kursu şübhə altına alınmamalıdır. Bu bizim ölkənin xarici siyasət konsepsiyasında yer alıb. Biz hesab edirik ki, inteqrasiya formatının effektivliyinin artırılması üçün İttifaq Dövlət çərçivəsində daha çox şey edilə bilər" - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Lukaşenko Rusiyanın neft gəlirləri manevrinə görə, Belarusla kompensasiya müqaviləsi imzalamayacağı təqdirdə qərbdəki yeganə müttəfiqini itirəcəyini demişdi.

Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR