Rusiyanı dayandırmağın İKİ YOLU – Ekspertdən təhlükəli təklif

Dünyada üçüncü minilliyin əsas təhlükəsi - Putin Rusiyasının təcavüzünə qarşı silah var.

Bunu "Apostrof" nəşrinə müsahibəsində Krım məsələləri üzrə ekspert, "BlackSeaNews" portalının baş redaktoru Andrey Klimenko bildirib.

Ekspert hesab edir ki, bütün mədəni dünyada Putin Rusiyasının dayandırılmasının iki üsulu var: hərbi və sanksiyalar.

"Sanksiya siyasəti bütün səviyyələrdə dərhal yenidən fikirləşmək lazımdır. Avropa və Ukraynada bu sahədə nisbi xaosu görürük. Amerikalılar sistemli işləyirlər, onların sanksiyalarından qorxurlar. Avropaya gəlincə, onun sanksiya siyasətini deyəsən, heç kəs idarə etmir. Məsələ 28 dövlətdən hər birinin iltizamına verilib. Ukraynada vəziyyət "daha şəndir": qeyri-müəyyənlikdir və çox şey aydın deyil. Əgər biz anlayırıqsa ki, sanksiyalar üçüncü minilliyin əsas təhlükəsinə qarşı əsas silahdır, onda Ukrayna sanksiyalar üzrə elmi cəhətdən əsaslandırılmış metodologiyanı hazırlamalı və Avropa İttifaqına öz xəyalımızı təklif etməliyik. Onda biz nəticəyə bel bağlaya biləcəyik. Bunun üstündə işləmək və bütöv sanksiya siyasəti həyata keçirmək lazımdır.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR