Bu ölkədən İsrail vətəndaşlarına qadağa

Malayziya hökuməti ev sahibliyi edəcəyi 2019-cu il Dünya Paralimpiya Üzgüçülük Çempionatına qatılmaq üçün müraciət edən İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Malayziyanın baş naziri Mahathir Məhəmməd bu barədə yayılan məlumatları təsdiqləyib:

"Əgər gəlsələr, bu, qayda pozuntusu sayılır. Malayziyanın çempionatlığa ev sahibliyi etməyinə qarşı çıxmaq istəsələr, sınaya bilərlər".

Malayziyanın gənclər və idman nazirinin müavini Stiven Sim Çi Keonq hökumətin Fələstin xalqına göstərilən təzyiqə etiraz olaraq mövqeyini dəyişməyəcəyini bildirib.

Qeyd edək ki, Dünya Paralimpiya Üzgüçülük Çempionatı 29 iyul- 4 avqust tarixlərində keçiriləcək.

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR