"Sarı jiletlilər"in nümayişi qadağan olundu

Fransanın Bourges şəhərində "sarı jiletlilər"in 12 yanvar tarixinə planlaşdırdığı nümayiş, qubernatorluq tərəfindən qadağan edilib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Cher bölgəsi qubernatorluğu yazılı şərhdə "sarı jiletlilər"in yalnız şəhər mərkəzinin xaricində hərəkət edə biləcəyini qeyd edib.

Fransa Baş naziri Edouard Philippe, bazar ertəsi axşamı televiziya proqramında etdiyi şərhdə icazəsiz nümayiş edənlərin və hərəkətlərdə şiddət hadisələrinə müraciət edənlərin sərt şəkildə cəzalandırılması üçün yeni qanun çıxaracaqlarını söyləmişdi.

Qeyd edək ki, nümayişlər bu günə qədər mindən çox yaralanmaya və 10 adamın ölümünə səbəb olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR