Polşa hökuməti "Huawei"in əməkdaşını casusluqda şübhəli bilir

Polşa hökuməti Çin və Polşa vətəndaşlarını rəsmi Varşavaya qarşı casusluqda və Çin kəşfiyyatı üçün işləməkdə ittiham edib.

"TVP Info" telekanalının Daxili Təhlükəsizlik Agentliyinə istinadən yaydığı məlumata görə, Çinin "Huawei" şirkətinin Polşa şöbəsinin əməkdaşı Veytszin V. və Polşa Daxili Təhlükəsizlik Agentliyinin sabiq yüksək çinli məmuru Pyotr D. saxlanılıb.

Kanalın məlumatına görə, günahlarının olduğu sübuta yetiriləcəyi halda, şübhəlilər 10 ilədək həbs edilə bilərlər. Bundan əlavə, Çinin Polşadakı səfirliyinin əməkdaşları saxlanmış Çin vətəndaşı ilə əlaqə saxlamaq üçün rəsmi dairələrə müraciət edib.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR