Koalisiya qüvvələri Suriyadan çıxır

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyadan qüvvələri çıxarmağa başladığını elan edib.

Bunu ABŞ-ın İraq və Suriyadakı "Qətiyyətli dəstək" əməliyyat qərargahının nümayəndəsi, ABŞ quru qoşunlarının polkovniki Şon Rayan bildirib.

"Koalisiya Suriyadan çıxmağa başlayıb. Təhlükəsizlik baxımından onun müddəti, qoşunların yerləşdiyi ərazi və marşrutundan danışmırıq", - deyə nümayəndə bildirib.

CNN telekanalı da Vaşinqtonun Suriyadan hərbi texnikanı çıxarmağa başladığı barədə məlumat yayıb.

Qeyd edək ki, dekabrın 19-da Prezdent Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxacağı barədə sənədi imzalayıb. Ötən gün isə Fransanın xarici işlər naziri Jan-İv Le Drian az sayda olan hərbçilərini Suriyadan çıxaracaqlarını vurğulamışdı.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR