ISESKO "2019 İslam Mədəniyyət Paytaxtı"nı təyin etdi

Təhsil məsələləri üzrə islam təşkilatının baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Qüdsün "2019 İslam Mədəniyyət Paytaxtı" olmasına qərar verildiyini bildirib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Fasın paytaxtı Rabatchr("39")ta 2019 İslam Dünyası Miras ili Bəyannaməsi ilə əlaqədar mətbuat konfransında danışan "ISESKO" baş direktoru təşkilatın, Qüdsdəki mədəni irsin qorunmasına istiqamətli islami və beynəlxalq dəstəyin artırılması üçün əhatəli bir proqram başlatdığını söyləyib.

Tüveycri, təşkilata üzv ölkələrdəki əlaqədar orqanları, ümumi olaraq mirasın xüsusilə də gərgin bölgələrdəki irsin qorunması mövzusunda şüur səviyyəsini artırmaq üçün layihələr və mədəni proqramlar təşkil edərək bu təşəbbüsü dəstəkləməyə çağırıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR