Minskdən Kremlə zərbə: ABŞ-la münasibətlər yaxşılaşdırılır

Belarus ABŞ-ın diplomatlarıyla bağlı qoyduğu say məhdudiyyətini ləğv edib.

Bu məlumatı "Forin Polisi" jurnalı yayıb.

Məlumata görə, Makey bu məsələ ilə bağlı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ues Miçellə danışıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik kanallar 2008-ci ildə minimuma endirilib. Buna səbəb Belarusda insan haqlarının pozulması olub. Lukaşenko o zaman ABŞ-ın Minskdəki səfirliyini pozuculuq fəaliyyətində ittiham edərək, Belarus səfirini geri çağırıb. Bundan sonra ABŞ-ın Minskdəki səfirliyinin işçilərinin sayını 32-dən 5-ə endirilməsini tələb edib.

Maraqlı olan başqa məqam isə Makey bu telefon danışığını Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələrini elan etməsindən dərhal sonra həyata keçirib.

Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR