Rusiya sərnişin təyyarələrini vuracaq - Əgər sərhədi pozarsa...

Rusiyanın hava sərhədini pozan və göyərtəsində sərnişin olan mülki təyyarələri vurmağa icazə veriləcək.

Bu barədə ölkənin Müdafiə Nazirliyi tərəfindən hazırlanan yeni qanun layihəsində deyilir. 

"İzvestiya" nəşrinin əldə etdiyi sənəddə qeyd edilir ki, əgər real təhlükə varsa, onun qəsdən qəzaya uğraması ekoloji fəlakətə, insanların kütləvi ölümünə və ya strateji obyektlərin məhvinə səbəb olacaqsa, həmin hava gəmisinə atəş açmağa icazə veriləcək. Bu, eyni zamanda, təyyarə qaçırılması ilə əlaqəli olan terror hadisələrinin də qarşısını alacaq. 

Ekspertlər hesab edirlər ki, bu cür tədbirlər beynəlxalq, o cümlədən ABŞ təcrübəsi ilə üst-üstə düşür. 

Nəşr yazır ki, hərbçilər zərbə endirməzdən əvvəl təyyarə ilə əlaqə saxlayacaq, həmçinin onu ölkənin hava sərhədlərindən kənara çıxarmağa çalışacaqlar. Əgər təyyarə xəbərdarlığa və açılan xəbərdarlıq atəşinə məhəl qoymazsa, Rusiyanın hava-kosmik qüvvələrinin pilotları onu vuracaqlar. 

"Qafqazinfo"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR