Meqan Markla 2 dəqiqə üçün 6 milyon təklif etdilər

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markla əvvəl rol aldığı "Suits" serialına qayıtması üçün yüksək məbləğdə pul təklif edilib.

Prodüserlər sözügedən serialda 2 dəqiqədən az bir müddətdə rol alması qarşılığında M.Markla 6 milyon dollara yaxın bir qonorar təklif edib. Onlar Markldan daha əvvəl oynadığı Raçel Zeyn obrazını yenidən canlandırmağını xahiş ediblər, lakin keçmiş aktrisa bu təklifi qəbul etməyib.

Qaydalara görə, İngiltərədə krallıq ailəsinin üzvləri hər hansı film və ya serialda rol ala bilməz.

Qeyd edək ki, ABŞ aktrisası Meqan Markl "Suits" serialında canlandırdığı Raşel Zeyn obrazı ilə məşhurlaşıb.

Kult.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR