İspaniyada erməni cinayətkar şəbəkəsi İFŞA OLUNDU

İspaniyada tennis oyunlarının nəticələrinin əvvəlcədən danışılması ilə bağlı fəaliyyətdə olan bir qrup erməni zərərsizləşdirilib. Artıq bu iş üzrə 15 nəfər saxlanılaraq, barələrində istintaq aparılır. O cümlədən, idmançılar da daxil olmaqla, daha 68 nəfərlə bağlı iş aparılır. Bu barədə İspaniyanın Vətəndaş qvardiyası məlumat yayıb. Bildirilir ki, ümumilikdə 83 nəfərin arasında 28 peşəkar idmançı da var.

Məlumatdan bəlli olur ki, nəticələri əvvəlcədən planlaşdırılmış oyunların danışılması prosesində ITF Futures və Challenger kateqoriyalarında iştirak edən tennisçilər də var və erməni şəbəkəsi məhz onlarla gizli danışıqlara gediblər.

Qrup, ən azı 2017-ci ilin fevralından fəaliyyət göstərib. Ehtimal olunur ki, ötən müddət ərzində qruplaşmanın gəliri milyonlarla avro dəyəri həcmindədir. Ermənilərdən ibarət cinayətkar şəbəkənin ifşa olunması ilə bağlı əməliyyat ötən ilin oktyabrında keçirilib və Vətəndaş qvardiyası yalnız indi bunu ictimailəşdirib.

Axtarışlar İspaniyanın 10 vilayətində aparılıb. Axtarışlar nəticəsində 167 min avro nağd olaraq müəyyən olunub və bununla yanaşı, bank kartları, odlu silahlar, bahalı avtomobillər, eləcə də zərgərlik məmulatları müsadirə edilib. Həmçinin, 24 bank hesabı dondurulub, habelə danışmaz əmlaklara həbs qoyulub.

Saxlanılanlara və şübhəlilərə qarşı cinayətkar qrupa üzv olmaq, korrupsiya, dələduzluq, kirli pulların yuyulması, qanunsuz silah əldə etmə və saxlama, eləcə də şəxsi məlumatların qanunsuz əldə edilməsi ittihamları irəli sürülüb.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR