Məşhur aktyor: "Tramp 34 jurnalistin ölümünə səbəb olub"

Kanadalı aktyor, komediya ustası və prodüser Cim Kerri "Twitter" də etdiyi paylaşımla diqqətləri üzərinə çəkib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Kerri səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı karikatura dərc edib. Karikaturada səudiyyəli şahzadə Məhəmməd ibn Salman onun qolunu kəsən bir adamla görüntülənib.

Aktyor karikaturanı belə şərh edib: ""Tramp kimi əzazil insanlar üzündən ötən il 34 jurnalist öldürülüb. Bəlkə bu il səudiyyəli dostundan yeni mişar alacaq və növbəti bədəni birlikdə kəsəcəklər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR