Qərb Türkiyəni buna qəsdən məcbur edir

Fəratın şərqində iki terror təşkilatı - YPG ilə İŞİD arasındakı toqquşmada britaniyalı hərbçilərin ölməsi Yaxın Şərqdə baş verən proseslərin mahiyyətini açıq şəkildə ortaya qoyur.

Bu sözləri  analitik Vüqar Zifəroğlu deyib.

"Ümumiyyətlə, Qərbin terror təşkilatlarına münasibəti birmənalı deyil. Qərb Yaxın Şərqdəki problemlərin kökündə duran radikal cərəyan və terror təşkilatlarının qarşısını almaq istəyirsə, onların hamısına eyni münasibət göstərməlidir. Qərb ölkələri isə əskinə, bir terror təşkilatına dəstək verib, digərinə qarşı gəlməklə Yaxın Şərqdəki problemləri daha kəskin və qanlı məcraya daşıyır. Qərbin radikal cərəyanlardan öz məqsədləri naminə bu şəkildə yararlanması yolverilməzdir. Bu mənada Fəratın şərqində iki terror təşkilatı - YPG ilə İŞİD arasındakı toqquşmada britaniyalı hərbçilərin ölməsi Yaxın Şərqdə baş verən proseslərin mahiyyətini açıq şəkildə ortaya qoyur", - analitik bildirib.

V.Zifəroğlu bu kontekstdə Qərbin Türkiyədən PYD və YPG-yə olan münasibətin yumşaldılması ilə bağlı tələbini absurd sayıb:

"PYD və YPG Türkiyənin milli və dövlət maraqlarına birbaşa təhdiddir. Terror təşkilatlarına öz maraqları çərçivəsində fərqli baxış sərgiləyən Qərb Türkiyəni bilə-bilə buna məcbur edir. Bu gün Qərblə Türkiyənin münasibətlərinin önündə duran əsas prinsipial məsələ də elə bundan ibarətdir".

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR