Məşhur musiqi kanalı bağlanır

Türkiyənin televiziyasının ilk musiqi kanalı "Kral" TV bağlanır.

Olaylar.az türk mediasına istinadən xəbər verir ki, kanalın rəsmi "Twitter" hesabında yayılan məlumata görə, "Kral" TV fevralın 1-dən etibarən yayımına yalnız rəqəmsal mühitdə davam edəcək.

Bundan sonra "Kral" TV-ni mobil əlavələrdə, həmçinin "Kral Müzik Youtube" kanalında izləmək mümkün olacaq.

Qeyd edək ki, kanal 1994-cü ildə Cem Uzan tərəfindən yaradılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR