Peru Venesueladakı müvəqqəti işlər vəkilini geri çağırıb

Peru hökuməti Nikolas Maduronun 2025-ci ilə qədər prezident vəzifələrinin icrasına başlamasından sonra Venesueladakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə cümə axşamı ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Perunun Venesueladakı müvəqqəti işlər vəkili, birinci katib Rosa Alvares Nunyes məsləhətləşmələr üçün Limaya çağırılıb", - deyə məlumatda bildirilir.

Peru Maduronun yeni prezidentlik dövrünü qeyri-legitim hesab edir və müxalifətin nəzarəti altında, lakin faktiki olaraq isə ölkənin siyasi həyatından təcrid edilən birpalatalı parlamentini - Milli Assambleyanı tam dəstəklədiyini bəyan edir.

Peru XİN-i Maduro və onun administrasiyasından olan 100 məmurun ölkəyə girişinə qadağanı təsdiq edib. Perunun bank müəssisələrinə Venesuelanın maliyyə institutları ilə əlaqə yaratmaq qadağan edilib.

Bundan əvvəl Paraqvay Venesuela ilə əlaqələri kəsdiyini elan edib.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR