Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd aşkar edilib

Meksikanın Tamaulipas ştatında (ABŞ ilə sərhəd) 21 nəfərin yandırılmış cəsədi aşkar edilib.

Aşkar edilən cəsədlərin narkomafiyalar arasında müharibənin qurbanları olduqları ehtimal edilir.

Bildirilir ki, cəsədlər Migel Aleman şəhərində yandırılmış avtomobillərin yanında tapılıb.

Qeyd edək ki, Tamaulipas ştatı narkotrafik sistemində ən vacib regionlardan biri sayılır. Hazırda bu əraziyə görə 3 narkomafiya mübarizə aparır.

Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR