Fransada qəzaya uğrayan qırıcı təyyarənin pilotları həlak olub

Fransanın şərqində qəzaya uğrayan "Mirage 2000D" qırıcı təyyarənin hər iki pilotu həlak olub.

Bu barədə Fransanın medafiə naziri Florans Parli bildirib.

Müdafiə Nazirliyi hər iki pilotun - kapitan Batist Şiryenin və qadın-leytenant Odri Mişlonun - öldüyünü təsdiq edib.

Müdafiə naziri həlak olan pilotların ailələrinə başsağlığı verib. İnsidentin təfərrüatları araşdırılır.

Qeyd edək ki, qırıcı təyyarə ilə əlaqə yanvarın 9-u kəsilib. Daha sonra təyyarənin qalıqları və pilotlardan birinin paraşutu tapılıb.

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR