Gürcüstan parlamenti qanunverici orqanın Tbilisiyə köçürülməsini dəstəkləyib

Gürcüstan parlamenti qanunverici orqanın Kutaisidən Tbilisiyə köçürülməsi ilə bağlı reqlamenti üçüncü oxunuşda qəbul edib.

Parlamentin bugünkü iclasında yeni reqlamentin lehinə 77, əleyhinə isə 2 deputat səs verib.

Yeni reqlamentə əsasən, Gürcüstan parlamentinin yerləşdiyi yer paytaxt Tbilisi müəyyən olunub. Parlamentin sessiyası digər yerdə yalnız Tbilisidəki qanunverici orqan binasının hansısa səbəbdən fəaliyyət göstərməməsi halında mümkün ola biləcək.

Parlamentin Kutaisi şəhərindəki binasında regional polis habının yaradılması planlaşdırılır.

Qeyd edək ki, qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərirdi. 2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR