Dünya gözəllik müsabiqəsində iki trans qadın iştirak edəcək

17 dekabr tarixində Taylandın Banqkok şəhərində "Miss Universe" gözəllik müsabiqəsi keçiriləcək.

Müsabiqədə iki trans qadın da tac uğrunda mübarizəyə qoşulacaq. İspaniyanı təmsil edən Ancela Pons adlı trans qadın artıq müsabiqənin favoritinə çevrilib.

27 yaşlı Ancela İspaniyanın Seviliya bölgəsində anadan olub. O, bildirib ki, əgər müsabiqənin qalibi olsa, bu, insan hüquqları üçün bir zəfər olacaq.
"Trans qadınlar uzun müddət mühakimə edildi və onlara saymazlıq olundu. Əgər tacı mənə versələr, bu, trans qadınların trans olmayan qadınlar qədər qadın olduğunu sübut edəcək", - deyə Pons "Time" jurnalına müsahibəsində deyib.

16 yaşında hormonal müalicə olunan və 24 yaşında vaginaplastika əməliyyatı keçirən Ancela iyun ayında "İspaniya gözəli" seçilib. 

Kolumbiyanı təmsil edən Valeriya Morales isə bu müsabiqənin "qadın doğulanlar üçün" olduğunu bildirmişdi və Pons ilə mübahisə etmişdi.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR