Putin Ukraynanı məğlub edə bilməyəcək - Xerbst

Kreml Ukrayna dövlətinin indiki rəhbərliyini dəyişmək üçün hər şeyi edir.

Bunu "Ukrinform" saytına açıqlamasında ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Xerbst deyib. Onun sözlərinə görə, Moskva bu dəyişikliyi prezident seçkisində olmasa belə parlament seçkisində həyata keçirmək istəyir:

"Heç bir şübhə yoxdur ki, Moskva Ukraynanın dövlət rəhbərliyinə Kremlin maraqlarına daha uyğun şəxs gətirməklə siyasətini gerçəkləşdirmək istəyir. İnanmıram ki, onlar istəklərinə prezident seçkisində nail olsunlar və ona görə də ümidlərini parlament seçkisinə bağlayıblar".

O, Ukraynada kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Putinin Ukraynada siyasətini əvvəlki kimi icra edə bilməyəcəyini, bu ölkəyə qarşı başlatdığı müharibəni udmayacağını söyləyib.

axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR