BMT Təhlükəsizlik Şurasında Fransanın yerini Avropa Birliyinin tutması çağırışı edilib

Almaniya vitse-kansleri və maliyyə naziri Olaf Şolts bu günlərdə maraqlı diplomatik təkliflə çıxış edib.

Alman nazir Fransanı BMT Təhükəsizlik Şurasının daimi üzvlüyündən çıxmağı və öz yerini Avropa Birliyinə verməsi fikrini irəli sürüb.

Rəsmi Parisin cavabı özünü gözlətməyib. Fransanın BMT-dəki nümayəndəsi Fransua Delatr Sosial-demokrat partiyasının nümayəndəsinin təklifinin real olmadığıını bildirib.

"Bu yalan da olsa yaxşı səslənən ideyalardan biridir", -deyə Delatrr "Le Monde" qəzetinin müxbiri Mari Burro ilə söhbətində deyib.

Fransalı diplomatın sözlərinə görə, həm Fransa, həm də Almaniya diplomatiyası Almaniyanın özünün BMT TŞ-da daimi üzvlərindən biri olması uğrunda çalışır. Onların əsas məqsədlərindən biri də daimi üzvlərin sayının daha da çoxaldılmasından ibarətdir.

Bundan əlavə, buraya siyasi və hüquqi çətinlikləri də əlavə etmək lazımdır. Belə ki, BMT Nizamnaməsinə görə, təşkilatın üzvləri yalnız dövlətlər ola bilər.

"Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında təsirlərini artırmaq üçün birgə strategiya izləməli və buraya Hindistan, Braziliya, Yaponiya və nəhayət, Almaniyanın özünün daimi əsaslarda daxil edilməsinə çalışmalıdır. Belə bir layihənin həyata keçməsi Təhlükəsizlik Şurasının nümayəndəlik institutunun güclənməsinə və beləliklə, BMT-nin özünü etibarının artmasına səbəb olacaq. Bu, həm Fransa, həm Almaniya, həm də bütün Avropa üçün, həmçinin multilateralizmin (beynəlxalq hüquq və sazişlərə əsaslanan çoxtərəfli münasibətlər-red.) möhkəmlənməsindən ötrü ən yaxşı yol sayılır,-deyə fransalı diplomat sözlərinə əlavə edib.

Fransalı nümayəndə Təhlükəsizlik Şurasında yer alan Avropa dövlətlərinin ali orqanda öz mövqelərini koordinə edə bildiyini söyləyərək, buna nümunə kimi Ukrayna ilə bağlı situasiyada göstərdikləri həmrəyliyi qeyd edib. O, Almaniyanın 2019-cu ilin yanvarından başlayaraq BMT Təhlükəsizlik Şurasının üzvlüyündən bu məqsədlə maksimum şəkildə yararlanacaqlarını da vurğulayıb.

Musavat.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR