OPEK-i Tramp idarə edir - CNBC

Neft bazarının nümayəndələri ABŞ Prezidenti Donald Trampın OPEK-ə təsirindən narahatdır.

Bu məlumatı CNBC televiziyası yayıb.

"Hazırda bazar 2008-ci il böhranından bu yana ən dərin dibə yuvarlanıb. OPEK-in Vyanadakı görüşünü tarixin ən siyasiləşmiş iclası sayırlar. Bazarın ən böyük qorxusu Trampın OPEK-i idarə etməsidir. OPEK hasilatı 1-1,4 milyon barrel azaldacaq, amma Trampın bununla razılaşacağına dair ciddi şübhələr var" - deyə televiziya bildirib.

Bununla bərabər Vaşinqtonun artıq Qaşıqçı olayına göz yummağa hazır olduğunu, amma bunun qarşılığında səudiyyəlilərdən neft hasilatını artırmağı tələb etdiyi vurğulanıb. Televiziya həmçinin indiyə qədər heç bir ABŞ liderinin OPEK-in işiylə bu qədər maraqlanmadığını deyib.

AXAR.AZ

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR