“Üzvlərin sayını artırmaq üçün qadınları zorlayıb doğuzdururlar” - PKK terrorçularının iç üzü

PKK terror qruplaşmasına türk ordusunun vurduğu zərbələr nəticəsində qruplaşmaya üzv olmağa can atanların sayı çox azalıb.

Qadın terrorçular terrorçu sayının artırılması üçün özlərinin doğuşa məcbur edildiklərini etiraf ediblər.

Qadın terrorçular bildirirlər ki, kişi üzvlər uşaq doğurmaq üçün qadınları zorlayırlar. Doğulan uşaqlar düşərgələrdə böyüyür. "Türkiyə" qəzetinin xəbərinə əsasən, 20 noyabr tarixində təslim olan terrorçu qadın ifadəsində həqiqətlərdən danışıb.

"Hələ də Suriya bölgəsində fəaliyyət göstərən R adlı qadın terrorçu bu barədə mənə məlumat verdi. O, bildirdi ki, qruplaşma üzvləri üzv sayını artırmaq üçün qadınları zorlayırlar. Doğuşlar İraqın Mahmur bölgəsindəki xəstəxanada həyata keçirilir. Doğulan uşaqların anaları ilə təması qruplaşma rəhbərliyi tərəfindən qadağan edilib", - deyə terrorçu qadın etiraf edib.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR