“Ermənistan hakimiyyəti hücuma hazırlaşır” – Sensasion iddia

Seçkilərə iki gün qalmış Ermənistan hüquq mühafizə orqanları Respublikaçı Partiyasının mərkəzi qərargahında əməliyyat keçirməyə hazırlaşır.Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "168 Jam" qəzeti məlumat yayıb.Qəzet partiyanın seçkilərlə bağlı külli miqdarda rüşvət verməkdə ittiham olunduğunu bildirib:"Bunu hakimiyyətin keçmiş hökumətə qarşı seçdiyi anti-təbliğat kampaniyası kimi də başa düşmək olar. Bu, baş tutsa, keçmiş hakimiyyət daxilində qorxu atmosferi güclənəcək və partiyanın bütün işləri iflic olacaq.Açıq formada ifadə etsək, hakimiyyət Respublikaçı Partiyasının qərargahını işğal etməyə hazırlaşır".Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçirəcək.Keçmiş prezident Serj Sərkisyanın sədri olduğu Respublikaçı Partiyası da seçkilərdə iştirak edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR