Misir məhkəməsi 18 ekstremisti ömürlük həbs cəzasına məhkum edib

Gizənin Cinayət Məhkəməsi Misir ərazisində İŞİD terror təşkilatı ilə bağlı olan terrorçu özəyin yaradılmasında təqsirləndirilən 18 nəfəri ömürlük həbs cəzasına məhkum edib.

Daha 41 müttəhim cəzasını ciddi rejimli həbsxanada çəkməklə 15 il müddətinə həbs, 6 müttəhim 5 il azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib, bir nəfərə isə bəraət verilib. Bütövlükdə, bu məhkəmə işi üzrə 66 müttəhim hakim qarşısına çıxarılıb.

Müttəhimlərə qarşı Misirin konstitusiya və qanunlarını pozmağa çağırış, həmçinin dövlət hakimiyyət orqanlarının fəaliyyətinə mane olmaq, milli birliyə və ölkədə ictimai sabitliyə ziyan vurmaq məqsədi daşıyan terrorçu qruplaşma yaradılması ittihamları irəli sürülüb.

AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR