Böyük Britaniya rəqəmsal xidmətlər üçün vergi tətbiq edəcək

Böyük Britaniya hökuməti tərəfindən rəqəmsal xidmətlərə vergi tətbiqi nəzərdə tutulub.

Layihəyə əsasən, 2020-ci ilin aprelindən "Britaniya istifadəçiləri üçün rəqəmsal xidmətlərin göstərilməsi ilə bağlı biznesin müəyyən növlərindən" dövriyyənin 2 faizi həcmində vergi tutulması gözlənilir. Rəqəmsal xidmətlər üçün vergi "internet axtarışları, sosial şəbəkələrin və internet mağazaların idarə olunması üzrə əməliyyatlara aid dövriyyəyə" tətbiq ediləcək.

Vergi illik məbləği 25 milyon avrodan artıq dövriyyəyə tətbiq ediləcək və yalnız o şirkətlərə şamil olunacaq ki, onların beynəlxalq miqyasda ümumi illik dövriyyəsi 500 milyon avrodan az olmasın.

Yeni vergi ziyanla başa gələn rəqəmsal xidmətlərə aid edilməyəcək və əməliyyatlar azgəlirli olduqda verginin məbləği də azaldılacaq. Böyük Britaniya hökumətinin açıqlamasında bildirilib ki, yeni vergi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələr 2019-2020-ci illər üçün növbəti büdcənin müzakirəsi zamanı da aparılacaq.

Ekspertlərin rəyinə əsasən, yeni verginin başlıca hədəfi "Google", "Facebook", "Amazon" və s. kimi nəhəng transmilli texnologiya şirkətləridir. Bu şirkətlərdən bəziləri öz Avropa filiallarını güzəştli vergi rejimi mövcud olan İrlandiya və ya Lüksemburq kimi yurisdiksiyalarda qeydiyyata aldırmaqla Britaniyada apardıqları əməliyyatlara görə son dərəcə az vergi ödəməkdə günahlandırılır.

azərtac

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR