Norveçdə Hərbi Dəniz Qüvvələrinə məxsus freqat tankerlə toqquşub

Norveçdə Hərbi Dəniz Qüvvələrinə məxsus HNoMS "Helge Ingstad" adlı freqat tankerlə toqquşub.

Göyərtəsində 137 hərbçi olan gəmi toqquşmadan sonra idarəetməni itirərək sahil istiqamətinə üz tutub və burada daşlara dəyib. Nəticədə 7 hərbçi xəsarət alıb. Hadisə yerinə göndərilən xilasedicilər freqatın ekipajından 127 nəfəri təxliyə edib. Ekipajın 10 üzvünün gəmidə idarəetməni bərpa etməyə çalışdığı bildirilir. Toqquşmadan sonra gəmidə deşik əmələ gəlib və göyərtəyə çoxlu su dolub.

Göyərtəsində 23 nəfər olan tanker isə toqquşmadan o qədər də güclü zədə almayıb.

Qəza ilə bağlı araşdırma aparılır.

AZƏRTAC 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR