Qlobal LNG nəqliyyatının həcmi rekord səviyyəyə çatıb

Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) nəqliyyatının həcmi rekord səviyyəyə çatıb.

LNG nəqliyyatının həcmi 2012-ci ildəki maksimum səviyyəni - sutkalıq 180 min dolları geridə qoyaraq hazırda gündəlik 200 min dollara yaxınlaşıb.

Asiya-Sakit okean hövzəsində LNG nəqliyyatının həcmi sutkada 170 min dollara çatıb. Atlantik okeanı hövzəsində isə gündəlik 140 min dollar civarındadır.

Beynəlxalq Qaz İttifaqının (IGU) məlumatına görə, hər iki hövzədə sutkalıq LNG nəqliyyatının həcmində ötən qışla müqayisədə 80 və ya 85 min dollar fərq var.

Son 3 ildə LNG nəqliyyatının həcmi pessimist səviyyələrdən qurtulub. "Gaslog", "Golar" və "Hoegh" kimi LNG nəql edən şirkətlərin qazancı da son dövrlərdə artmağa başlayıb.

AZƏRTAC 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR