Dünya mediasında şok ilk: Xəbərləri robot spiker təqdim etdi

Çində keçirilən Dünya İnternet Konfransında bir ilk yaşanıb.

"Xinhua News" kanalının xəbər aparıcısı Zhang Zhaoya bənzədilən robot spiker özünü tanıdaraq açılış çıxışı edib.

Xəbərlər ingilis dilində təqdim edilib. Proqramın bundan sonra da robot tərəfindən aparılacağı qeyd edilib.
Robot spikerin açılış sözləri isə belə olub:

"Hər kəsə salamlar! Mən süni zəka sahibi spikerəm. Bu mənim "Xinhua News" kanalındakı ilk iş günümdür. Görünüş və səsim kanalın aparıcısı Zhang Zhaoya bənzədildi. Media sənayesinin beynəlxalq inkişaf texnologiyaları ilə inteqrasiyası və innovasiyası üçün yaradıldım. Yorulmadan çalışaraq bütün məlumatları sizə çatdıracağam".

www.yenicag.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR