Astronomlar qalaktikanın mərkəzində fəvvarə kəşf etdilər

"Science Alert" portalı kosmosla bağlı yeni tədqiqatın nəticələrini açıqlayıb.

Astronomlar yeni qara dəlik aşkar ediblər. Bu qara dəlik soyuq molekulyar qazdan qapalı tsikl formalaşdırır.

Qara dəlik "Abell 2597" qalaktikasının mərkəzində yerləşir. Yerdən qara dəliyə qədər olan məsafə milyardlar işıq ili qədərdir.

Harvard-Smitsonov astro fizika mərkəzinin alimi Qarnat Trembley məsələ ilə bağlı deyib:

"Çox güman ki, bu, soyuq molekulyar qazın qara dəliyə axınını sübut edən bizim kəşf etdiyimiz ilk sistemdir".

Bununla yanaşı, alimlər qeyd edirlər ki, təbii ki, qaz qara dəlikdən fışqırmır. Dəliyin qravitasiyası qazı özünə cəzb edir və hansısa səbəbdən akkreasion disk yaranır və bu disk də qazın digər hissələrini özünə cəzb edir.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR