İlon Mask “Tesla” şirkəti Direktorlar Şurasının yeni sədrini təbrik edib

"Tesla" və "SpaceX" şirkətlərinin banisiİlon Mask "Tesla"nın Direktorlar Şurasının sədri vəzifəsinə Robin Denholmun gətirilməsinə münasibət bildirib.

İ.Mask "Twitter"dəki səhifəsində şirkətin rəhbər heyətinə qoşulduğu üçün xanım Denholma təşəkkür etmək istədiyini bildirib: "Bu, böyük şərəfdir. Onunla çalışmağı çox arzulayıram".

Qeyd edək ki, Qiymətli Kağızlar və Mübadilə Komissiyası (Securities and Exchange Comission - SEC) ilə razılaşmaya əsasən, yaratdığı şirkətin Direktorlar Şurasının sədrliyindən gedən İlon Mask şirkətin səhmlərini satın alacağı barədə "Twitter"də yazdığı xəbərlərlə investorları çaşdırmaqda ittiham olunmuşdu. Komissiya onun sözügedən vəzifədən istefa verməsi və 20 milyon dollar cərimə ödəməsi müqabilində üzərindən bu ittihamı götürməyə razılaşmışdı.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR