Aya ilk ayaq basan insanın əşyaları satıldı

Amerikalı kosmonavt Nil Armstronqun əşyaları hərracda satışa çıxarılıb.

Armstronq Aya ilk ayaq basan insan kimi dünya tarixinə düşüb.

"Heritage" hərrac evi məsələ ilə bağlı açıqlama verib. Açıqlamaya əsasən, Armstronqun şəxsi əşyaları 7.4 milyon dollara satılıb. Hərracda ən baha qiymətə satılan əşya kosmonavtın "Apollo 11 Eagle" şəxsiyyət vəsiqəsi olduğu bildirilir. Bu karta 468 min 500 dollar qiymət qoyulub.

Armstronqun 1996-cı ildə geyindiyi uçuş paltarı da 109 min 375 dollara satılıb.

Qeyd edək ki, "Heritage" hərrac evi Dallasda yerləşir.

Ölkə.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR