İrandan Ər-Riyad və Moskvaya çağırış

İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatını azaltmağa çağırıb.

Ərdəbili "Blumberq" agentliyinə müsahibəsində OPEK-in neftin qiymətiylə bağlı həyata keçirdiyi siyasətin uğursuzluğa düçar olduğunu bildirib. O, neft istehsalatının bazardakı balansı pozduğunu, Ərəbistan və Rusiyanın neft hasilatını sutkalıq ən azı 1 milyon barrel azaltmalı olduğunu deyib:

"Neftin qiyməti məhz Rusiya və Səudiyyə Ərəbistanına görə 15 dollar ucuzlaşıb. Qiymətlərin ucuzlaşması OPEK-in daha kiçik istehsalçılarına toxunub".

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR