Vaşadze Merkellə görüşdü

Gürcüstan prezidentliyinə müxalifətdən namizəd Qriqol Vaşadze Helsinkidə Almaniya kansleri Angela Merkellə görüşüb.

Görüş Avropa Xalq Partiyasının konqresi çərçivəsində baş tutub. Görüşdə əsas müzakirə mövzusunun Gürcüstanda prezident seçkisinin olduğu bildirilib.

Helsinkidə Vaşadze həmçinin Saakaşvili ilə birgə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq üzrə komissarı Yohannes Xanla da görüşüb.

Axar.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR