Castin Tryudo Kanadanın 1939-cu ildə yəhudiləri qəbul etməməsinə görə üzr istəyib

Kanadanın baş naziri Castin Tryudoİcmalar Palatasında çıxışında bu ölkənin 1939-cu ildə "Sent-Luis" gəmisi ilə nasist Almaniyasından gələn yəhudiləri qəbul etməməsinə görə üzr istəyib.

Bu barədə baş nazirin rəsmi saytı məlumat yayıb.

"Bu gün mən icmalar Palatasında Kanadanın yəhudi qaçqınların ölkəyə girişinə icazə verməməsi ilə bağlı çoxdan vaxtı çatmış üzrxahlıqla bağlı çıxış edirəm. Üzr istəyərək səmimi qəlblə ümid edirəm ki, biz tariximizin ağır dövrünə işıq sala bilərik ki, bu dərsin heç vaxt yaddan çıxmamasını təmin etsin. Dünyada antisemitizmə, ksenofobiyaya və bu ölkədə yer yoxdur", - deyə Tryudo bildirib.

1939-cu ildə "Sent-Luis gəmisi Almaniyanı tərk edib. Onun göyərtəsində yəhudi qaçqınlar olub. Kuba, ABŞ və Kanada onları qəbul etməkdən imtina edib.

Qaçqınlar bundan sonra Avropaya qayıtmağa məcbur olublar. Onları Britaniya, Fransa, Belçika və Niderland qəbul edib. 

"Report"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR